Ölkədə satışa çıxarılan zərgərlik məmulatlarının əksəriyyəti dövlət əyar damğası ilə damğalanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Bu tələb həm yerli istehsal olunan, həm də xaricdən gətirilən məmulatlara şamil edilir.
Yalnız beynəlxalq müqavilələr əsasında xarici dövlətlərin əyar damğasının tanındığı hallar istisna təşkil edir.
Damğalanma müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Bu mexanizm məhsulların keyfiyyətinə və əyar göstəricilərinə dövlət zəmanəti yaradır.
Nəticədə istehlakçı hüquqlarının müdafiəsi daha da güclənir.