Emal edilməmiş almazların idxalı və ixracı üçün ayrıca dövlət nəzarəti tətbiq ediləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Bu sahədə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum həyata keçirəcək.
Həmin qurum almazların uçotu, saxlanılması və izlənməsinə də cavabdeh olacaq.
Eyni zamanda Kimberli Prosesinin Sertifikatlaşdırma Sxeminə uyğun sertifikatların verilməsi qaydaları müəyyən ediləcək.
Bu müddəalar Azərbaycanın həmin beynəlxalq sxemə qoşulmasından sonra qüvvəyə minəcək.
Beləliklə, almaz dövriyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması təmin ediləcək.
