Dövlət nəzarəti çərçivəsində qiymətli metallardan və qiymətli daşlardan nümunələrin götürülməsi mümkün olacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Nümunələr yoxlama və analiz məqsədilə götürüləcək.
Bu proses dövlət nəzarəti orqanlarının və ya digər laboratoriyalarda həyata keçirilə bilər.
Hazır məhsullardan, qırıntılardan və tullantılardan da nümunələr götürüləcək.
Bütün prosedurlar qanunla müəyyən edilmiş qaydada icra olunacaq.
Bu mexanizm məhsulların keyfiyyətinə və qanuniliyə nəzarəti gücləndirəcək.
