Xüsusi notarius tətbiq edilən intizam tədbirindən narazı qaldıqda şikayət etmək hüququna malikdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
O, həm inzibati qaydada, həm də məhkəməyə müraciət edə bilər.
Araşdırmanın nəticəsinə əsasən notariusa yalnız yazılı və ya şifahi xəbərdarlıq da edilə bilər.
Belə xəbərdarlıq intizam tənbehi hesab olunmur.
