Vakant xüsusi notarius vəzifəsinin icrası müəyyən müddətə başqa şəxsə həvalə oluna bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Bu vəzifə həmin ofisdə azı üç il işləmiş köməkçiyə və ya digər xüsusi notariusa verilə bilər.
Belə təyinatın müddəti bir ildən artıq ola bilməz.
Bu qayda notariat xidmətlərinin fasiləsiz göstərilməsini təmin edir.