Normativ hüquqi akt layihəsinin razılaşdırılması ilə bağlı məlumat müəyyən edilmiş müddətdə təqdim edilmədikdə layihə razılaşdırılmış hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Bu qayda razılaşdırma müddətinin uzadılması zərurəti barədə əsaslandırılmış təklif olmadıqda tətbiq edilir.
Müddətin uzadılmasından imtina edilməsi barədə əsaslandırılmış təklifin olmaması da layihənin razılaşdırılmış hesab edilməsinə əsas verir.
Beləliklə, dövlət orqanının müəyyən edilmiş müddətdə mövqe bildirməməsi layihənin razılaşdırılmasına mane olmur.