Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Prezidenti qanun layihələrinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planını tərtib edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
İllik planda əhəmiyyətli və mürəkkəb qanun layihələrinin konsepsiyalarının hazırlanması nəzərdə tutula bilər.
Normayaratma orqanları dövlət proqramları və ya illik plan əsasında normativ hüquqi akt layihələrinin hazırlanması ilə bağlı öz planlarını da tərtib və təsdiq edə bilərlər.
Planların hazırlanması zamanı normayaratma fəaliyyətinin subyektlərinin və digər maraqlı tərəflərin təklifləri nəzərə alına bilər.
