Hərbi qulluqçuların hərbi hissə daxilində yerdəyişməsi və köçürülməsi üzrə səlahiyyətlər müxtəlif vəzifəli şəxslər arasında bölüşdürülüb.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının yerdəyişməsi hərbi hissə komandirinə verilmiş hüquqlar çərçivəsində həyata keçirilir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlarla bağlı bu səlahiyyət diviziya və korpus komandirlərinə verilir.
Zabitlərin yerdəyişməsi isə müəyyən edilmiş hüquqlar çərçivəsində komandir və rəislər tərəfindən həyata keçirilir.