Yüksək mənəvi və döyüş keyfiyyətləri nümayiş etdirən hərbi qulluqçular yüksək vəzifələrə birinci növbədə namizəd hesab edilirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Döyüş əməliyyatlarında və ya Azərbaycanın müdafiəsi zamanı digər hərbi xidmət vəzifələrinin yerinə yetirilməsində yüksək təşkilatçılıq qabiliyyəti göstərən hərbi qulluqçular xidmət üzrə irəli çəkilməyə təqdim edilə bilərlər.
Alay və briqada komandiri, eləcə də onlardan yuxarı rəhbər vəzifələrə təqdim edilən namizədlərin məsələsinə təyinatdan əvvəl müvafiq icra hakimiyyəti orqanında baxılır.
Bu qayda yüksək rəhbər vəzifələrə təyinat zamanı namizədlərin əvvəlcədən qiymətləndirilməsini nəzərdə tutur.