Ali və orta ixtisas təhsilli gizir və miçmanlar müəyyən hallarda zabit vəzifələrinə təyin edilə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Onların zabit vəzifələrinə təyin edilməsi həmin vəzifələrə zabitləri təyin etmək hüququ olan komandirlərin əmrləri ilə həyata keçirilir.
Vakant zabit vəzifəsinə zabitlərin olması halında həmin vəzifəni tutan gizir və miçmanlar öz vəzifələrinə keçirilirlər.
Beləliklə, gizir və miçmanların vəzifədə irəli çəkilməsi onların işgüzar və mənəvi keyfiyyətləri nəzərə alınmaqla həyata keçirilir.