Dinc dövrdə səhhətinə görə hərbi xidmətə yararsız hesab edilən hərbi qulluqçular ehtiyata buraxılmağa və ya istefaya göndərilməyə təqdim edilirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Xidmət üzrə yerdəyişmənin zəruriliyi barədə rəyi hərbi-həkim komissiyaları müvafiq təlimata uyğun olaraq verir. Tibbi müayinəyə hərbi qulluqçunun həyat yoldaşı, öhdəsində olan yetkinlik yaşına çatmayan uşaqları və müəyyən hallarda digər ailə üzvləri göndərilə bilərlər. Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladlar da bu kateqoriyaya daxildir.
