Hərbi qulluqçular ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə məhkum edildikdə hərbi rütbədən məhrum edilə bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Hərbi qulluqçular Azərbaycan vətəndaşlığını itirdikləri halda da hərbi rütbədən məhrum edilə və əsgər, matros rütbəsinə endirilə bilərlər. Zabit heyətindən olmayan hərbi qulluqçular İntizam Nizamnaməsində nəzərdə tutulan qaydada hərbi rütbədən məhrum edilə və bərpa oluna bilərlər. Rütbədən məhrum etmə yalnız digər tədbirlər müsbət nəticə vermədikdə və ya hərbi qulluqçu Silahlı Qüvvələrə mənsubiyyətlə bir araya sığmayan xəta törətdikdə tətbiq olunur.