Ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə məhkum edilən hərbi qulluqçular hərbi rütbədən məhrum edilə bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Əsgər və matros hərbi rütbəsi olanlar bu qaydadan istisna edilir. Azərbaycan Respublikasının vətəndaşlığını itirən hərbi qulluqçular da hərbi rütbədən məhrum edilə və əsgər, matros rütbəsinə endirilə bilərlər. Hərbi rütbədən məhrum etmə növündə cəza Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş qaydada icra edilir.