Vağzallarda nəzarət-yoxlama zonalarının sayı və buraxılış qabiliyyəti sərnişin axını nəzərə alınmaqla müəyyən ediləcək. Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb. Hesablama sərnişinlərin nəqliyyat təhlükəsizliyi zonasına maneəsiz daxil olmasını təmin etməli və girişlərdə növbələrin yaranmasına yol verməməlidir. Nəzarət-yoxlama zonalarının ümumi buraxılış qabiliyyəti vağzal kompleksinin maksimum saatlıq sərnişin axınına uyğun olmalıdır. Bir neçə nəzarət-yoxlama zonası yaradıldıqda sərnişin axını hər keçid məntəqəsi üzrə ayrıca hesablanmalıdır. Hər bir keçid məntəqəsinin buraxılış qabiliyyətində vağzalın beşillik inkişaf perspektivində sərnişin axınının artımı da nəzərə alınmalıdır.
