Vağzallarda ticarət müəssisələrinin otaqları paylayıcı və gözləmə zallarına yanaşı yerləşdirilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb. Ticarət köşklərinin və satış avtomatlarının birbaşa gözləmə zalında yerləşdirilməsinə də yol verilir. Ticarət müəssisələrinin otaqlarının sahələri layihə tapşırığı əsasında müəyyən edilir. Ticarət müəssisələri üçün ümumi tələblər TNvəQ 2.08.02 normativ sənədinə əlavə olunan “Metodik Vəsait”ə və əlilliyi olan şəxslər üçün şəraitin yaradılması üzrə müvəqqəti təlimata uyğun qəbul edilməlidir. Ticarət müəssisələrinin saxlama kameralarının və bilet kassalarının yaxınlığında yerləşdirilməsinə isə yol verilmir.
