Vağzal binalarında yanğın maşınları üçün nəzərdə tutulan keçid boşluqlarının eni ən azı 3,5 metr, hündürlüyü isə ən azı 4,5 metr olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Sahəsi 250 kvadratmetrdən az olan daxili həyətlər üçün yanğın maşınlarının keçidinin yaradılması tələb olunmur.
Vağzal binalarında yerdəyişməsi yanğın və partlayışa səbəb ola bilən aqreqat və cihazlar etibarlı şəkildə bərkidilməlidir.
Konstruktiv yanğın təhlükəliliyi C0, 1-ci və 2-ci dərəcəli yanğına davamlılıq sinfinə malik binalarda müəyyən şərtlərlə yanğın seksiyalarının yaradılmasına yol verilir.
Yanğın seksiyaları arasında drençer su pərdələri və odadavamlılıq həddi E60-dan az olmayan yanğın əleyhinə örtüklər və ekranlar tətbiq olunmalıdır.