Vağzallarda atriumların layihələndirilməsinə yalnız yanğından mühafizə sistemi ilə təchiz olunan binalarda və ya yanğına qarşı bölmə kimi ayrılan daxili hissələrdə yol veriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Atrium və binanın bütün yanğın bölmələrində avtomatik yanğınsöndürmə, tüstü-yanğın siqnalizasiyası və tüstüsovurma sistemləri quraşdırılmalıdır.
Atriumun hündürlüyü 17 metrdən çox olduqda sprinkler çiləyiciləri atrium örtüyündə deyil, daxili məkana çıxan konstruksiyaların altında yerləşdirilməlidir.
Yanğına qarşı divar drençer su pərdəsi ilə əvəz edilərsə, həmin pərdə ilə ayrılan yanğın bölməsi də yanğından mühafizə sistemi ilə təchiz olunmalıdır.
Atriumun layihələndirilməsi zamanı yanğın təhlükəsizliyi və insanların təxliyəsi ilə bağlı tələblərə kompleks şəkildə əməl edilməlidir.
