Vağzallarda sərnişinlərə xidmət göstərən ticarət və iaşə obyektləri yanğın təhlükəsizliyi tələblərinə uyğun layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Saxlama kameraları, məişət xidməti, texniki və digər otaqlar da funksional yanğın təhlükəliliyi sinifləri nəzərə alınmaqla layihələndirilməlidir.
Vağzallarda layihələndirilən mehmanxanalar və avtomobil dayanacaqları sərbəst təxliyə yolları olan müstəqil yanğın bölmələrinə ayrılmalıdır.
Uzunmüddətli istirahət, ana və uşaq otaqları birinci mərtəbədə yerləşdirilməlidir.
Bu otaqlar yanğına qarşı 1-ci tip arakəsmələr və 3-cü tip mərtəbəarası örtüklərlə təcrid olunaraq xaricə təxliyə çıxışları ilə təmin edilməlidir.
