Vağzal binalarının yükdaşıyan konstruksiyalarının möhkəmliyi və dayanıqlılığı müəyyən edilmiş tikinti normativlərinə uyğun təmin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu məqsədlə AzDTN 2.16-1, AzDTN 2.17-1, AzDTN 2.18-1, AzDTN 2.19-1 və TNvəQ 2.08.02-nin tələbləri nəzərə alınmalıdır.
Vağzal binalarının konstruksiyalarının hesablanması zamanı yüklərin və təsirlərin normativ qiymətləri müəyyən edilmiş standartlara uyğun qəbul edilməlidir.
Texnoloji avadanlıqlardan ötürülən yüklər isə layihə tapşırığı əsasında təyin olunmalıdır.
Binaların konstruktiv elementlərinin hesablanmasında yükə görə etibarlılıq və yükbirləşmə əmsalları da nəzərə alınmalıdır.