Ticarət müəssisələrinin otaqları paylayıcı və gözləmə zallarına yanaşı yerləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Ticarət köşklərinin və satış avtomatlarının bilavasitə gözləmə zalında yerləşdirilməsinə yol verilir.
Vağzallarda ticarət müəssisələrinin otaqlarının sahələri layihə tapşırığı əsasında qəbul edilir.
Ticarət müəssisələri üçün ümumi tələblər TNvəQ 2.08.02 normativ sənədinə əlavə olunan “Metodik Vəsait”ə uyğun müəyyənləşdirilir.
Həmçinin əlillər üçün zəruri həyat və fəaliyyət şəraitinin yaradılması üzrə müvafiq təlimatın tələbləri nəzərə alınmalıdır.