Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi normativ hüquqi aktların forması müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Milli Məclisin normativ hüquqi aktları qanun formasında qəbul edilir.
Konstitusiyanın müəyyən etdiyi ictimai münasibətlər yalnız qanunla tənzimlənir.
Bu qayda qanunvericilik fəaliyyətinin hüquqi əsaslarını müəyyənləşdirir.