Normativ hüquqi aktlar arasında kolliziyanın qarşısının alınması üçün yeni tələb müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Qanun layihələri ilə birlikdə onların qəbulundan irəli gələn ləğv və dəyişiklik layihələri də təqdim edilməlidir.
Prezidentə təqdim olunan qanun və fərman layihələri ilə bağlı müvafiq aktların layihələri də eyni vaxtda hazırlanmalıdır.
Həmçinin dəyişdirilməsi tələb olunan Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanlarının aktlarının siyahısı müəyyən ediləcək.

