Qanunda normativ hüquqi akt anlayışının hüquqi məzmunu göstərilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Normativ hüquqi akt dövlət orqanı və ya referendum yolu ilə qəbul edilən rəsmi sənəd hesab olunur.
Belə aktlar hamı üçün məcburi davranış qaydalarını müəyyən edir.
Həmin sənədlər qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq məqsədi daşıyır.