Qanunda normativ hüquqi aktlara dəyişiklik edilməsinin hüquqi mahiyyəti müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Dəyişiklik aktın mətninin yenilənməsi və ya yeni normaların əlavə edilməsi kimi qiymətləndirilir.
Sənəddə normativ hüquqi aktdan sui-istifadə imkanı anlayışı da izah olunub.
Belə müddəalar korrupsiya təzahürlərinin yaranmasına şərait yaradan normalar hesab edilir.
