Normativ xarakterli aktların qəbul edilməsinə dair bir sıra tələblər müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Belə aktlar onların icra edilməməsinə görə məsuliyyət müəyyən edə bilməz.
Onlar yalnız müvafiq normativ hüquqi akt əsasında qəbul edilməli və həmin akta istinad etməlidir.
Konstitusiya Məhkəməsinin müəyyən qərarları istisna olmaqla, digər normativ xarakterli aktlar normativ hüquqi aktlarla ziddiyyət təşkil edə bilməz.