Normayaratma fəaliyyətində hüquqi uyğunluq əsas prinsiplərdən biri kimi müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Normativ hüquqi aktlar Konstitusiyaya uyğun olmalı və qanunların üstünlüyü təmin edilməlidir.
Aşağı dövlət orqanlarının aktları yuxarı dövlət orqanlarının aktlarına uyğun olmalıdır.
Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü də nəzərə alınmalıdır.