Konstitusiya Məhkəməsinin kolliziya ilə bağlı qərarından sonra görüləcək tədbirlər müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Məhkəmə normativ hüquqi aktların kolliziyasını təsdiqlədikdə onun aradan qaldırılması təmin edilməlidir.
Bunun üçün aktın ləğvi, dəyişdirilməsi və ya məcəllələşdirilməsi üsullarından istifadə olunacaq.
Beləliklə, hüquqi ziddiyyətlərin aradan qaldırılması üçün hüquqi mexanizm formalaşdırılır.