Milli Məclisin qəbul etdiyi normativ hüquqi aktların rəsmiləşdirilməsi ilə bağlı tələb müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Qəbul olunan hər qanunda istinad edilən Konstitusiya maddəsi göstərilməlidir.
Həmçinin həmin qanunun Konstitusiyanın müvafiq maddəsinin icrası məqsədilə qəbul olunduğu qeyd edilməlidir.
Bu yanaşma hüquqi əsasların aydın göstərilməsini təmin edir.