Vağzallarda ticarət müəssisələrinin saxlama kameralarının və bilet kassalarının yaxınlığında yerləşdirilməsinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu tələb vağzal daxilində müxtəlif funksional sahələrin düzgün ayrılmasını nəzərdə tutur.
Sərnişinlər üçün məişət xidməti otaqları isə gözləmə zalına yanaşı yerləşdirilməlidir.
Həmin otaqlar ilə gözləmə zalı arasında qarşılıqlı funksional əlaqə təmin olunmalıdır.
Məişət xidməti otaqlarının nomenklaturası və sahələri layihə tapşırığı ilə müəyyən edilir.
