Vağzal binalarının məsuliyyət səviyyəsi onların zədələnməsi və dağılması nəticəsində yarana biləcək fəlakətlərin nəticələri nəzərə alınmaqla müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu zaman sosial, ekoloji və iqtisadi nəticələr, eləcə də binanın təyinatı əsas götürülür.
Sinfə uyğun olaraq vağzal binalarının məsuliyyət səviyyəsi üzrə etibarlılıq əmsalının minimum qiyməti qəbul edilir.
Həmin qiymət AZS ГОСТ 27751-in tələblərinə uyğun müəyyənləşdirilməlidir.
Yükdaşıyan konstruksiya və elementlərin həddi hal üzrə hesablanması da qəbul edilmiş məsuliyyət səviyyəsi nəzərə alınmaqla aparılmalıdır.