Vağzal binalarında yeraltı mərtəbələr yerüstü mərtəbələrdən odadavamlılıq həddi REI 150-dən az olmayan mərtəbəarası örtüklərlə ayrılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Çoxişıqlı fəza şəklində layihələndirilən vestibül digər sahələrdən odadavamlılıq həddi EI 45-dən az olmayan təcridedici konstruksiyalarla ayrılmalıdır.
Qalereyalarla təxliyə yollarının eni dəhlizlərlə təxliyə yollarının enindən az olmamalıdır.
Odadavamlılığın normativ hədlərini təmin etmək üçün konstruktiv yanğından mühafizə və yanğından mühafizə suvaq tərkiblərindən istifadə edilməlidir.
Sərnişinlərin gözləmə zallarında nazik təbəqəli odadavamlı örtüklərlə oddan mühafizəyə də yol verilir.