Vağzal binalarında atriuma çıxan bütün otaqlar üfüqi keçidlə ən azı iki təxliyə yolu və ən azı iki təxliyə çıxışı ilə təmin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Ana və uşaq otaqları ilə tibbi yardım məntəqələrinin qapısından mühafizə olunan təxliyə çıxışına qədər məsafə 30 metrdən çox olmamalıdır.
Digər təyinatlı otaqlar və yerlər üçün bu keçidin uzunluğu 60 metrdən artıq olmamalıdır.
Yeraltı hissənin otaq və dəhlizlərinin atriumla əlaqəsi yalnız yanğın zamanı hava basqısı olan tambur-şlüz vasitəsilə həyata keçirilməlidir.
Atriuma çıxışı olmayan otaqların atriumdan keçidi isə təxliyə yolu hesab edilməyəcək.
