C0 konstruktiv yanğın təhlükəliliyi sinfinə malik, 1-ci və 2-ci dərəcəli yanğına davamlılıq sinifli vağzal binalarında yanğın seksiyalarının yaradılmasına yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu zaman 1-ci tip yanğın əleyhinə divarlarla bölünmə əvəzinə həmin sahələrin funksional baxımdan eyni sinifli yerlər qrupu ilə birlikdə seksiyalara ayrılması mümkündür.
Yanğın əleyhinə maneələrdən hər iki tərəfə eni ən azı 4 metr olan və yanğın yükündən azad zonalar yaradılmalıdır.
C0 sinifli və avtomatik yanğınsöndürmə qurğuları ilə təchiz edilmiş 1-ci dərəcəli yanğına davamlılıq sinifli binalarda yanğın əleyhinə divarlar arasındakı mərtəbə sahəsi normalaşdırılmır.
Bu tələblər vağzal binalarında yanğının bir hissədən digərinə yayılmasının qarşısının alınmasına xidmət edir.