Sərnişinlər üçün məişət xidməti otaqları gözləmə zalına yanaşı yerləşdirilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb. Bu otaqların gözləmə zalı ilə qarşılıqlı funksional əlaqəsinin təmin edilməsi tələb olunur. Məişət xidməti otaqlarının nomenklaturası və sahələri layihə tapşırığı ilə müəyyən edilir. Böyük vağzallarda əlavə olaraq mədəni-maarif, muzey, sərgi, mühazirə və konsert zalları kimi zonaların yaradılmasına yol verilir. Belə zonaların təchiz edilməsi layihə tapşırığı əsasında və müvafiq əlavəyə uyğun həyata keçirilə bilər.
