Vağzal binalarının təbii və texnogen təhlükələrdən qorunması üçün kompleks təhlükəsizlik tədbirləri görülməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb. Fövqəladə halların qarşısının alınması və onların nəticələrinin minimuma endirilməsi üçün müvafiq tədbirlər nəzərdə tutulmalıdır. Kompleks təhlükəsizliyin idarə edilməsi bütün xidmətlər və nəzarət-buraxılış məntəqələri ilə birbaşa telefon əlaqəsi olan mərkəzi məntəqədən həyata keçirilməlidir. Zərurət olduqda mərkəzi məntəqə ilə ikitərəfli audioəlaqə və digər informasiya mübadiləsi vasitələri təmin edilməlidir. Bununla vağzalda təhlükəsizlik tədbirlərinin vahid mərkəzdən koordinasiyası nəzərdə tutulur.
