Hərbi qulluqçunun hərbi rütbədən məhrum edilməyə təqdim olunması son tədbir kimi müəyyənləşdirilib. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Bu tədbir görülən digər tədbirlər müsbət nəticə vermədikdə və ya hərbi qulluqçu Silahlı Qüvvələrə mənsubiyyətlə bir araya sığmayan xəta və ya cinayət törətdikdə müstəsna hallarda tətbiq olunur. Hərbi qulluqçuların bir sıra hallarda İntizam Nizamnaməsində nəzərdə tutulmuş qaydada hərbi rütbədən məhrum edilməsi mümkündür. Eyni qaydada onların hərbi rütbədə bərpa edilməsinə də yol verilir.
