Hərbi rütbədən məhrum edilən şəxslərin sülh və müharibə dövründə xidmət statusu fərqli qaydada müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.

Məhkəmə tərəfindən azadlıqdan məhrum edilməyən şəxslər sülh dövründə əsgər kimi ehtiyata buraxılırlar. Müharibə dövründə isə onlar hərbi xidmətdə saxlanılaraq müvafiq əsgər və matros vəzifələrinə keçirilirlər. Müddətli həqiqi hərbi xidmət müddətini başa vurmayan rütbədən məhrum edilmiş gizir və miçmanlar da müəyyən hallarda əsgər və matros vəzifələrinə keçirilirlər.