Hərbi qulluqçuların ailə üzvlərinin səhhəti və ailə vəziyyəti xidmət yerinin dəyişdirilməsi məsələsində nəzərə alınır. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Hərbi qulluqçunun qoca və ya xəstə valideynlərinə, yaxud həyat yoldaşının ayrı yaşayan valideynlərinə qulluq etməsi ilə bağlı müraciətlərə də müstəsna hallarda baxılır. Bunun üçün valideynlərin səhhəti, ailə vəziyyəti və digər qohumlarının olub-olmaması barədə məlumatlar tələb olunur. Həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadıqda, onlar hərbi qulluqçunun razılığı ilə müvafiq dövlət orqanından tələb edilə bilər.
