Kursantların bir sıra komanda vəzifələrinə təyin edilməsi hərbi təhsil müəssisəsinin rəisinin əmri ilə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Kursantlar kurs, bölük və batareya baş çavuşlarının vəzifələrinə təyin edilə bilərlər.
Onlar həmçinin taqım komandirləri müavinləri, tədris qrupları və manqaların komandirləri vəzifələrini tuta bilərlər.
Bu təyinatların rəsmiləşdirilməsi hərbi təhsil müəssisəsi rəisinin əmri əsasında aparılır.
