Şərti məhkum edilmiş hərbi qulluqçular müəyyən müddət ərzində xidmət üzrə irəli çəkilməyə təqdim edilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Belə hərbi qulluqçular məhkəmənin müəyyən etdiyi sınaq müddəti və ya hökmün icrasının təxirə salındığı müddət ərzində yüksək vəzifəyə namizəd ola bilməzlər.
Cinayət məsuliyyətinə qanunsuz cəlb olunması səbəbindən vəzifəsindən azad edilən hərbi qulluqçular əvvəlki və ya ona bərabər vəzifələrə bərpa edilirlər.
Bununla hərbi qulluqçuların qanunsuz qərarlar nəticəsində xidmət hüquqlarının məhdudlaşdırılmasının qarşısı alınır.