Hərbi qulluqçular korpus və ya diviziya daxilində bir hərbi hissədən digərinə keçirilə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının, gizir və miçmanların keçirilməsi diviziya və korpus komandirlərinin səlahiyyətinə daxildir.
Zabitlərin belə yerdəyişməsi isə Əsasnamənin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində komandir və rəislər tərəfindən həyata keçirilir.
Bu qaydalar hərbi hissələr arasında şəxsi heyətin xidməti zərurətə uyğun bölüşdürülməsini təmin edir.
