Azərbaycan Respublikasının beynəlxalq hüquqa münasibəti qanunda təsbit olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Dövlət beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyünü tanıyır.
Azərbaycan qanunvericiliyinin həmin prinsip və normalara uyğunluğu təmin edilir.
Bu yanaşma beynəlxalq hüquqi öhdəliklərin yerinə yetirilməsinə xidmət edir.