Normativ hüquqi aktların hazırlanması zamanı hüquqların qorunması ilə bağlı tələb müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Hazırlanma və razılaşdırılma qaydaları normayaratma subyektlərinin hüquqlarını məhdudlaşdıra bilməz.
Bu tələb normayaratma orqanlarına da şamil olunur.
Beləliklə, qanunvericilik prosesində hüquqi təminatlar qorunacaq.