Alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlər məcburi icra predmetləri sırasındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Notariusun icra qeydlərinin icrası da qanunun müəyyən etdiyi qaydada həyata keçirilir.
Belə sənədlər üzrə öhdəliklərin yerinə yetirilməsi icra mexanizmləri vasitəsilə təmin olunur.
Qanun bununla məhkəmə qərarları ilə yanaşı, müəyyən digər hüquqi sənədlərin də icrasını tənzimləyir.