Xüsusi icra məmurunun standart haqqın tutulması barədə qərarı da icra sənədləri sırasına daxil edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Vekseldə onun aksepti haqqında qeyd olduğu hallarda veksel üzrə ödənilməməyə görə qanunvericiliyə uyğun verilən protestlər də icra sənədi sayılır.
Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar da bu sənədlər sırasında göstərilib.
Digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları da icra sənədi hesab olunur.