İcraata başlamaq haqqında qərarın surəti qəbul edildiyi vaxtdan bir gün müddətində tərəflərə göndərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Qərarın surəti tələbkara və borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir.
Əmlak tələbləri üzrə icranı təmin etmək üçün icra məmuru borclunun əmlakını siyahıya alır.
Tərəflər qərarın surətini aldıqdan sonra 10 gün müddətində həmin qərardan məhkəməyə şikayət edə bilərlər.