Qısamüddətli mühafizə orderi əsasında verilən icra vərəqələri dərhal icraya yönəldilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı əsasında verilən icra vərəqələri də dərhal icra olunur.
Bu qayda mühafizə orderləri ilə bağlı qərarların icrasının gecikdirilməməsini nəzərdə tutur.
Müvafiq icra sənədlərinin icraya yönəldilməsi üçün qanunda xüsusi müddət müəyyən edilib.
