Borclunun müəyyən icra sənədlərinə dair iddia qaydasında mübahisə qaldırması bəzi hallarda icraatın dayandırılmasına səbəb olur. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Bu qayda yalnız belə mübahisəyə qanunla yol verildiyi hallarda tətbiq edilir. Həmçinin inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların və vəzifəli şəxslərin hərəkətlərindən məhkəməyə şikayət verilməsi də icraatın dayandırılması üçün əsasdır. İcra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə də icraat məcburi dayandırılır.