İcraatın dayandırılmasına səbəb olmuş hallar aradan qalxdıqda icraat yenidən təzələnir. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. İcra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi əsasında və ya öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. Bunun üçün əvvəlki dayandırma səbəbinin aradan qalxması əsas şərtdir. Beləliklə, icraatın dayandırılması daimi xarakter daşımır və qanunda nəzərdə tutulan əsaslar aradan qalxdıqda proses davam etdirilir.
