Polis əməkdaşı şəxsin azadlıq hüququnu yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda məhdudlaşdıra bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, tutulma və həbsəalma, bir qayda olaraq, hakimin qərarı əsasında həyata keçirilir. Bu tədbirlər cinayət və ya inzibati hüquqpozma törətməkdə şübhəli bilinən şəxslərə, habelə qanunda göstərilən digər hallarda tətbiq oluna bilər. Azadlıq hüququnun məhdudlaşdırılması şəxsin yetkinlik yaşına çatmaması, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması və ya ölkədən çıxarılması ilə bağlı halları da əhatə edə bilər. Polis əməkdaşı bu səlahiyyəti yalnız qanunla müəyyən edilmiş əsaslar daxilində həyata keçirməlidir.

